Larnaka Rayon Məhkəməsi Amerika hüquq-mühafizə orqanlarının tələbi ilə ötən ilin avqustunda Kiprdə həbs edilən Rusiya vətəndaşı Artur Petrovun ABŞ-a ekstradisiyasından imtina etmək qərarına gəlib. TASS-ın müxbiri xəbər verir ki, bu barədə hakim Mixail Mixail məlumat verib.
Məhkəmənin qərarı elan edildikdən sonra Petrov TASS müxbirinə deyib: “Bu, əlbəttə ki, müsbət haldır”. Rusiyalının vəkilləri də hökmdən razı qaldıqlarını bildiriblər.
Rusiya vətəndaşlığı ilə yanaşı Almaniya vətəndaşlığına da sahib olan Petrov ötən il avqustun 26-da ABŞ-da istehsal olunan mikroelektronik vasitələrin Rusiya Federasiyasına qanunsuz ixracı ittihamı ilə Vaşinqtonun tələbi ilə Kiprdə həbs edilib. (Tass)