İyun 14, 2025-9:17
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Kişineuda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

2024:05:31 - 15:55
in SOSİAL
A A

Moldovanın paytaxtı Kişineuda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiyada Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev, Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov, Moldova Parlamentinin deputatları, Xarici siyasət və Avropaya inteqrasiya komitəsinin sədri İna Koşeru, Moldova-Azərbaycan Parlament Dostluq Qrupunun sədri Vitali Jakot iştirak ediblər.

Ağaclar Kişineuda “Əbədiyyət” Memorial Kompleksinin “Şuşa” şəhidlər xiyabanı ərazisində əkilib.

Xarici siyasət və Avropaya inteqrasiya komitəsinin sədri İna Koşeru AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycan və Moldova Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində, platformasında yaxından əməkdaşlıq edir. Hazırda bu əməkdaşlıq daha da inkişaf edib.

“Azərbaycanla enerji, kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq mövcuddur. Bu sahədə uzaq perspektivli əməkdaşlıq da nəzərdə tutulub. Bu, əsasən yaşıl enerji sahəsidir. Bu əməkdaşlığın iqlimə müsbət təsiri olacaq, istixana qazından istifadə azalacaq. Həmçinin enerji müstəqilliyi artacaq”, – deyə İna Koşeru bildirib.

Moldova-Azərbaycan Parlament Dostluq Qrupunun sədri Vitali Jakot isə AZƏRTAC-a bildirib ki, “Şuşa” xiyabanında ağacəkmə tədbirinin keçirilməsi əhəmiyyətli hadisədir.

“Şuşada olmuşam və şəhəri çox bəyənmişəm. Həm Azərbaycanın, həm də Moldovanın üzləşdiyi problemlərin oxşarlığını qeyd etmək istərdim. Bu, ərazi bütövlüyüdür. Biz Azərbaycanın öz ərazi problemini həll etməsini alqışlayırıq. Nəhayət, Qarabağ torpaqlarına sülh gələcək. Qeyd etdiyim kimi, Şuşada, Xankəndidə, Ağdamda olmuşam. Çox gözəl yerləri, gözəl təbiəti, gözəl insanları var. İnsanlar əvvəllər tərk edilmiş torpaqlara sevinclə qayıdırlar və biz bunu alqışlamaya bilmərik. Bu gün “Şuşa” xiyabanında keçirilən tədbir bunun bir daha təsdiqidir”, – deyə Vitali Jakot vurğulayıb.

Əvvəlki Yazı

Qardaşına savaş açan, bacısının intiqamını almaq istəyən Səlim xan kimdir?

Növbəti Yazı

Azərbaycan ilə Latviya arasında Strateji Dialoqun növbəti iclası keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.