Müxalifətdə olan “Pobeda” blokunun sədr müavini Marina Tauberin tərəfdarları Kişinyovda məhkəmə binası qarşısında toplaşıblar və burada ona qarşı Şor partiyasını maliyyələşdirməklə bağlı ittihamlara baxılır.
Yüzlərlə insan “Marina, biz səninləyək”, “Biz ədalət tələb edirik”, “Ləf olsun diktatura” şüarları səsləndirir. Polis onların hərəkətlərinə qarışmır.
Görüşə gələn Tauber qeyd edib ki, oktyabrın 20-nə təyin edilmiş prezident seçkilərinin vaxtı yaxınlaşdıqca özünə və tərəfdarlarına “daha çox təzyiq hiss edir”. O, təqsirsizliyini sübut edə biləcəyinə inandıraraq, işi “uydurma” adlandırıb. (Tass)