Avqust 21, 2025-9:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Kitabxana əməkdaşları üçün növbəti təlim Gəncədə təşkil olunub

2025:04:11 - 12:11
in MƏDƏNİYYƏT
A A

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə həyata keçirilən Gəncədə “Mədəniyyət rüzgarı” tədbirlər proqramı çərçivəsində Azərbaycan Milli Kitabxanasının və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə şəhər və ətraf rayonlarda yerləşən kitabxanaların əməkdaşları üçün təlim təşkil olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Gəncə şəhəri ilə yanaşı Naftalan, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonunda fəaliyyət göstərən kitabxanaların əməkdaşlarının qatıldığı təlimdə MEMİM-in direktoru vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşı Tacir Qurbanov çıxış edərək, kitabxana sahəsində çalışanların peşəkar inkişafına töhfə vermək, onların müasir kitabxana idarəçiliyi və rəqəmsal resursların əlçatanlığını, region kitabxanalarında müasir proqramların tətbiqini təmin etmək məqsədilə bu kimi təlimlərə ehtiyac olduğunu vurğulayıblar.

Daha sonra Azərbaycan Milli Kitabxanasının şöbə müdirləri, tarix üzrə fəlsəfə doktoru Aygün Koçak və Sevinc Əfəndiyeva “İnnovativ metodlar və informasiya texnologiyalarının kitabxana işinə tətbiqi” və “KOHA Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sisteminin kitabxanalarda tətbiqi” mövzularında təqdimatlarla çıxış ediblər.

Sonda mövzular ətrafında fikir mübadiləsi və müzakirələr aparılaraq təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Onu da qeyd edək ki, MEMİM tərəfindən cari ilin əvvəlində Şəkidə kitabxana əməkdaşları üçün təlim təşkil edilib.

Əvvəlki Yazı

Azərbaycanlı rejissorun yeni filminin dünya premyerası Almaniyada olacaq

Növbəti Yazı

Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.