Ukraynaya yardımla bağlı “istəklilər koalisiyası”nın iclasının bəzi iştirakçıları mayın 10-da distant formatda keçiriləcək müzakirədə iştirak edəcəklər. Bunu Fransa prezidenti Emmanuel Makron Fransanın Nansi şəhərində Polşanın baş naziri Donald Tusk ilə görüşündə deyib.
Yelisey sarayının internet saytında çıxışı yayımlanan Makron, mayın 10-da “istəklilər koalisiyası”nın iclasında iştirak edənlərin bəziləri şəxsən Ukraynada, bəziləri isə videokonfrans vasitəsilə iştirak edəcəklər” deyib.
Onun sözlərinə görə, bu görüşdə Fransa iştirak edəcək. (Tass)