Ukrayna hakimiyyəti atəşkəs razılaşması əldə olunarsa, ölkədə hərbi vəziyyəti ləğv etmək niyyətində deyil. Bunu Ali Radanın Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin üzvü Fedir Venislavski deyib.
“Əlbəttə ki, atəşkəs hərbi vəziyyətin ləğvi demək deyil. Hərbi vəziyyətin ləğvi o zaman mümkündür ki, hərbi vəziyyətin hüquqi rejimi haqqında qanunda nəzərdə tutulmuş təhlükələr aradan qalxsın və müvəqqəti atəşkəs faktının özü də hüquqi rejimin tətbiqinə səbəb olan təhdidləri, şübhəsiz ki, aradan qaldırmır”, – o bildirib.
Eyni zamanda, hakim Xalqın Qulu Partiyasını təmsil edən deputat hərbi vəziyyətin ləğv oluna biləcəyi müddətin adını çəkə bilməyib və “bu, bir sıra hallardan asılıdır”- deyib. (Tass)