Ukraynanın Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentlik (NACP) almaz bazarının ən böyük oyunçusu olan Hindistan şirkəti Shree Ramkrishna Exports-u bu siyahıya daxil edildikdən bir ay sonra “beynəlxalq müharibənin sponsorları” siyahısından çıxarıb. Bu barədə NAPC mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.
Qərar, “şirkətin beynəlxalq öhdəliklərə sadiq qalacağını və Rusiyanın sanksiyalarına məruz qalan qurumları ilə əməkdaşlıq etməyəcəyini qeyd edərək, rəsmi bəyanat yayması” ilə əsaslandırılıb.
Bu NAPC siyahısı ətrafında artıq bir sıra qalmaqallar yaranıb. (Tass)