Ukrayna Nazirlər Kabineti Belarusla rabitə sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişə xitam verib. Bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk məlumat verib.
“Ukrayna hökuməti ilə Belarus Respublikası hökuməti arasında rabitə sahəsində əməkdaşlıq prinsipləri və münasibətlərin şərtləri haqqında sazişə xitam verilib”, – o, Telegram- kanalında yazıb. Sənəd 1992-ci il dekabrın 17-də Kiyevdə imzalanıb.
Ukrayna hakimiyyəti mütəmadi olaraq Rusiya, Belarusiya, Suriya ilə, həmçinin MDB çərçivəsində bağlanmış müqavilələrdən çıxdığını elan edir. (Tass)