Ukrayna hakimiyyəti dövlət başçısı Vladimir Zelenskinin irəli sürdüyü sülh formulasından başqa Rusiya ilə silahlı münaqişənin sülh yolu ilə nizamlanması planlarını qəbul etməyəcək. Bunu Ukrayna prezidentinin aparatının rəhbərinin müavini İqor Jovkva deyib.
“Bizim cavabımız çox sadədir: dinc yolla nizamlanma üçün başqa heç bir plan ola bilməz – nə Çin, nə də başqaları”, o, Rada telekanalında deyib. Jovkvanın sözlərinə görə, buna səbəb hərbi əməliyyatların digər ölkələrin deyil, Ukrayna ərazisində aparılmasıdır. Eyni zamanda o, iddia edib ki, Kiyev sülh planını hazırlayarkən digər dövlətlərin, xüsusən də Çinin təkliflərini nəzərə almağa hazırdır. (Tass)