Ukraynada hakim Xalqın qulluqçusu partiyasının fraksiyasından olan Ali Radanın deputatı Ruslan Qorbenko dəfələrlə “Taurus” raketlərinin Ukraynaya ötürülməsinə qarşı çıxan Almaniya kansleri Olaf Şolzdan onların istehsal texnologiyasını Kiyevə ötürməyi xahiş edib.
O, ukraynalı teleaparıcı Lana Şevçukla söhbətində deyib: “Cənab Şolza bir sualım var: əgər bizə “Taurus” verə bilmirsinizsə, texnologiyanı verin, bu raketləri özümüz istehsal edəcəyik”. Video jurnalistin YouTube kanalında yerləşdirilib. (Tass)