Ukraynanın Avropa İttifaqındakı (Aİ) nümayəndəsi Vsevolod Çentsov ümid etdiyini bildirib ki, Aİ öz ərazisində ukraynalıların müvəqqəti müdafiəsi müddətini 2027-ci ilin martına qədər uzadacaq.
“Biz gözləyirik ki, Aİ Şurası ukraynalılar üçün müvəqqəti müdafiəni davam etdirəcək və biz bu uzadmanın 2027-ci ilin martına qədər davam edəcəyini güman edirik”, – Çentsov Ukraynanın “European Pravda” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, gələn həftə Ukraynanın milli birlik naziri Aleksiy Çernışov Brüsselə gələcək və daxili işlər və miqrasiya üzrə Avropa komissarı Maqnus Brunner və digər Avropa rəsmiləri ilə görüşəcək. (Tass)