Ukrayna Nazirlər Kabineti Uzaq Şimal bölgələrində işləyən vətəndaşların pensiya təminatı haqqında Rusiya ilə hökumətlərarası sazişə xitam verib. Bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk məlumat verib.
“Ukrayna hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında Uzaq Şimal bölgələrində və Uzaq Şimal bölgələrinə ekvivalent yerlərdə işləyən vətəndaşların pensiya təminatı sahəsində hüquqlarının təmin edilməsinə dair müvəqqəti saziş ləğv edilib”, – o, Telegram-kanalında yazıb. Sənəd 1993-cü il yanvarın 15-də Rusiya paytaxtında imzalanıb.
Ukrayna hakimiyyəti mütəmadi olaraq Rusiya, Belarusiya və MDB çərçivəsində bağlanmış müqavilələrdən çıxdığını elan edir. (Tass)