KLM oktyabrın 26-dək Təl-Əvivə və oradan bütün uçuşları dayandırmaq qərarına gəlib. Bu barədə nu.nl informasiya portalı məlumat yayıb.
May ayında aviaşirkət təhlükəsizlik səbəbi ilə iyul və avqust aylarında Təl-Əvivə və oradan uçuşları ləğv etdiyini açıqlamışdı. “İndi bu müddət oktyabrın 26-dək uzadılıb”, – onlayn nəşr qeyd edib.
Şirkət nümayəndələri bildiriblər ki, İsraildən başqa, KLM də hələ İran və İraq üzərindən uçmur.
Bundan əvvəl Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Lufthansa, Delta və United kimi digər aviaşirkətlər İsrailə uçuşları dayandırmışdı. (Tass)