İyul 17, 2025-21:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

KOB-ların “yaşıl keçid”i üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannaməyə qoşulan təşkilatların sayı açıqlanıb

2025:07:14 - 16:18
in İQTİSADİYYAT
A A

KOB-ların “yaşıl keçid”i üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannaməyə indiyədək 20 beynəlxalq təşkilat və xarici ölkələrin milli qurumları qoşulub.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycandakı diplomatik korpusun nümayəndələri üçün bəyannaməyə dair təqdimat mərasimində bildirib.

“KOB-lar üçün Bakı İqlim Koalisiyası: yaşıl ideyadan fəaliyyətə” mövzusuna həsr olunmuş tədbirdə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun 60-a yaxın nümayəndəsi iştirak edib.

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iqlim dəyişikliyi ilə mübarizə sahəsində beynəlxalq səviyyədə əməkdaşlığın önəmi, 2024-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi çərçivəsində irəli sürülən təşəbbüslər və bu tədbirin tarixi nəticələri barədə fikirlərini bölüşüb. Daha çox ölkənin KOB-lara cavabdeh qurumlarının Bakı İqlim Koalisiyasını dəstəkləyəcəyinə əminliyini vurğulayıb.

O. Məmmədov KOB-lar üçün ilk dəfə qlobal iqlim hərəkatının yaradılmasını təklif edən bəyannamə ilə bağlı əldə olunan nəticələr, eləcə də sənədin təşviqi istiqamətində KOBİA tərəfindən həyata keçirilən yerli və beynəlxalq fəaliyyətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, artıq sözügedən bəyannaməyə 20 beynəlxalq təşkilat və xarici ölkələrin milli qurumları qoşulub.

KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyev “KOB-ların yaşıl keçidi üzrə Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”nin məqsəd və hədəflərinə, bəyannamədə nəzərdə tutulan tədbirlərə dair təqdimatla çıxış edib. Qeyd olunub ki, bəyannaməyə qoşulan ölkələrdə KOB-ların yaşıl keçidinin asanlaşdırılması və bu sahədə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün institutsional və yumşaq həllər təklif olunur. Yumşaq həllər olaraq bu sahədə KOB subyektlərinin bilik və bacarıqların artırılması məqsədilə təlim, seminar, ən yaxşı təcrübələrin mübadiləsi və s. kimi müəyyən edilib. İnstitutsional olaraq isə bəyannaməyə qoşulan ölkələrdə Yaşıl KOB Resurs Mərkəzlərinin yaradılması nəzərdə tutulur. Belə ki, hər bir ölkədə yaradıla biləcək sözügedən mərkəzlərin rolu milli səviyyədə KOB-ların qarşılaşdığı problemlər barədə məlumatların toplanılması, təhlili və qlobal təcrübəni nəzərə alaraq konkret addımların müəyyən edilməsindən, o cümlədən texniki, ekspert və digər dəstəyin təmin edilməsindən ibarət olacaq.

Əvvəlki Yazı

Azərbaycanın inşaat şirkətinin xalis mənfəəti 25 %-ə yaxın azalıb

Növbəti Yazı

Türkiyə səfiri Rusiyaya 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı verdiyi dəstəyə görə təşəkkür edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.