Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, xarici dövlətlərin səfirləri artıq respublikanın daxili işlərinə qarışmağı dayandırıb.
“Dərin dövlətin göstərişlərinə əməl edən konkret səfirlər var (TASS qeydi). Bu, ölkəmizdə birdəfəlik bitməlidir. Allaha şükür ki, əvvəlki illərlə müqayisədə bu gün heç kimin bizim daxili işlərimizə kobud şəkildə müdaxilə etmək imkanı yoxdur. Gürcüstan parlamentində qanunlar yazılır, qanunlar Gürcüstan hökumətində icra olunur”, – Kobaxidze jurnalistlərə deyib.
Kobaxidze konkret olaraq hansı səfirlərin ölkənin daxili işlərinə qarışdığını deməsə də, Gürcüstan parlamentinin vitse-spikeri Tea Tsulukiani çərşənbə günü Gürcüstanın “Rustavi 2” telekanalına müsahibəsində deyib ki, o, ədliyyə naziri postunu tutarkən, daha sonra isə Mədəniyyət Nazirliyinin rəhbəri vəzifəsində çalışarkən, səfirlər onun yanına gəlib, bəzi Qərb ölkələrindən onun işi ilə bağlı bəzi qərarlar veriblər. Tsulukində səfirlərin adlarını açıqlamayıb, lakin onların Amerika diplomatları olmadığını bildirib. (Tass)