May 20, 2025-23:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

KOBİA Azərbaycanda İKT və kibertəhlükəsizlik mütəxəssislərinin hazırlanmasına dəstək ola bilər

2023:10:26 - 11:18
in İQTİSADİYYAT
A A

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanda KOB-ların rəqəmsallaşması, İKT və kibertəhlükəsizlik sahələrində peşəkar mütəxəssislərin yetişdirilməsi və bu sahədə fəaliyyət göstərən tədris və təlim mərkəzlərinin sayının artmasında maraqlıdır.

“Report” xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbiri çərçivəsində təşkil olunan konfransda deyib.

“Bu istiqamətdə səlahiyyətlərimiz çərçivəsində dəstək göstərməyə hazır olduğumuzu bir daha bildirmək istəyirəm”, – O. Məmmədov bildirib.

Onun fikrincə, iqtisadi artım kapital və təbii sərvətlərdən deyil, insan zəkası və innovasiyalardan asılıdır: “Bu baxımdan gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Qeyd edim ki, müxtəlif ölkələrin bugünkü uğurlu və davamlı iqtisadi yüksəlişi insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilib. Bu gün müasirləşən cəmiyyətlərdə bilik və bacarıqlar kapital sayılır və iqtisadiyyatın əsas resursuna çevrilir”.

O.Məmmədov təhsilli, savadlı kadrların formalaşması, o cümlədən biznes mühitinin inkişafına birbaşa təsir edən amillərdən biri olduğunu diqqətə çatdırıb: “KOBİA olaraq biz KOB subyektlərinin kadr potensialının gücləndirilməsində, onların müasir tələblərə cavab verən bilik və bacarıqlara yiyələnməsində, gənclərin əmək bazarına uyğun hazırlanmasında maraqlıyıq”.

Əvvəlki Yazı

“Daşkəsən Dəmir Filiz” MMC-yə xarici səhmdarın cəlb edilməsi planlaşdırılır

Növbəti Yazı

ABŞ İsveç hərbi bazalarına giriş əldə edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.