İyun 18, 2025-14:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

KOBİA gənc sahibkarlarla bağlı ötənilki fəaliyyətini açıqlayıb

2025:04:01 - 11:20
in İQTİSADİYYAT
A A

2024-cü ildə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) biznes üzrə bilik və bacarıqların artırılmasına dair təlim, məsləhət və biznes planın hazırlanması xidmətlərindən faydalananların 40 %-ni gənclər təşkil edib.

“Report” KOBİA-ya istinadən xəbər verir ki, təkcə biznes subyektini vergidən azad edən “Startap” şəhadətnaməsi almış KOB-ların 30 %-dən çoxu, qrant dəstəyindən yararlanmış sahibkarların isə 30 %-i gənc sahibkarlar və startaplardır.

KOBİA gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi və bu sahədə onların təşəbbüslərinin dəstəklənməsi üçün peşə və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Agentliyin biznes üzrə mütəxəssisləri müxtəlif peşə və ali təhsil müəssisələrinin tələbələri ilə görüşərək sahibkarlıq fəaliyyəti, bu sahədə dəstək alətləri üzrə ilkin məlumat verir, gənclərin suallarını cavablandırırlar. Həmçinin, biznes fəaliyyətinə marağı olan tələbələr üçün təlimlər təşkil edilir.

Eyni zamanda KOBİA və tərəfdaş qurumların birgə təşkilatçılığı ilə gənclərin biznes təşəbbüslərinə dəstək məqsədilə müxtəlif layihə və proqramlar həyata keçirilir. Gənclərin biznesə başlaması üçün ilkin dəstəyi təmin edən “Gənclərin biznes emalatxanası” və biznes ideyalarının maliyyələşdirilməsinə töhfə verən “Bizdən biznəsə” layihələrindən 60 gənc faydalanıb.

Agentliyin “KOB könüllüləri” proqramı da idarəetmə, biznes və menecment ixtisasları üzrə təhsil alan tələbə və magistrların sahibkarlıq sahəsində ilkin biliklərə yiyələnmələri üçün faydalıdır. Bugünədək 700-dən çox gənc proqramı uğurla başa vurub. Onlar arasında özəl sektorda çalışan gənclər xüsusilə seçilir.

Azərbaycan əhalisinin 23 %-ə yaxınını gənclər təşkil edir.

Əvvəlki Yazı

ABŞ döyüş təyyarələrini Yaxın Şərqə yerləşdirir

Növbəti Yazı

Numizmat alim Moskvada keçirilən konfransda məruzə edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.