İyun 17, 2025-17:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

KOBİA sədri: “Azərbaycanda yeni milli standartların yaradılması vacibdir”

2023:10:11 - 11:38
in İQTİSADİYYAT
A A
Azərbaycanda standartlaşdırmanın inkişaf etdirilməsi, beynəlxalq standartlarla əlaqələndirilməsi, müasir tələblərə cavab verən yeni milli standartların yaradılması ilə bu sahənin əhatə dairəsinin genişləndirilməsi vacibdir.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Ümumdünya Standartlar Günü” ilə əlaqədar tədbirdə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

O qeyd edib ki, bu gün iqtisadiyyatın bütün sahələrində müşahidə olunan inkişaf meyilləri, o cümlədən biznes mühitində olan dəyişikliklər məhsul və xidmətlər sahəsində də standartlaşdırma səylərinin artırılmasını və müasir tələblərə cavab verməsini şərtləndirir.

“Qloballaşma şəraitində müvafiq standartlara cavab verməyən məhsul və xidmətlərin mövcudluğu hamını narahat edən problem kimi qalır. Sosial-iqtisadi inkişafda standartlaşdırmanın əhəmiyyəti davamlı olaraq artmaqdadır. Bu baxımdan əhalinin müasir tələb və standartlara cavab verən məhsul və xidmətlərlə təmin edilməsi ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biridir. Ölkədə istehsal olunan qeyri-neft məhsullarının beynəlxalq ticarətdə sərbəst hərəkətinin təmin edilməsi və onların rəqabətqabiliyyətliliyinin artırılması üçün həyata keçirilən tədbirlər çərçivəsində standartlaşdırmanın hüquqi bazasının müasir tələblərə uyğun olması zəruri amillərdən biridir. Həmçinin milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması aktual məsələdir. Bu gün standartlaşdırma sahəsində dövlət müxtəlif istiqamətlərdə geniş tədbirlər həyata keçirir. Ötən dövrdə respublikada istehsal və xidmət sahəsində keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi tədbirlər görülüb, bununla bağlı normativ-hüquqi aktlar təsdiq edilib, qanunvericilik bazası daha da möhkəmləndirilib”, – deyə sədr qeyd edib.

Əvvəlki Yazı

BMT Qəzza zolağında təşkilatın 16 məktəbinə ziyan dəydiyini bildirib

Növbəti Yazı

Allahşükür Paşazadə Qazaxıstanın ali ordeni ilə təltif edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.