İyun 18, 2025-16:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

KOBİA sədri: “Bakıda mənzil qiymətləri bahalı dünya şəhərləri ilə müqayisə edilə biləcək səviyyəyə çatıb”

2025:05:19 - 15:10
in İQTİSADİYYAT
A A

Bakıda mənzil qiymətləri dünyanın ən bahalı şəhərləri ilə müqayisə oluna biləcək səviyyəyə çatıb və bu hal şəhərin inkişafına, eləcə də təşkilatlanma proseslərinə birbaşa təsir göstərir.

“Report” xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Mənzil Fondunun İnkişafı” konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda əmlak bazarında müşahidə olunan yüksək qiymətlər, xüsusilə orta və aşağı gəlirli əhali təbəqəsinin mənzil sahibi olmaq imkanlarını xeyli məhdudlaşdırır:

“Qiymətlərin bu şəkildə formalaşmasının iqtisadi əsasları olsa da, müasir dövrdə mənzil fondunun inkişafında yalnız qiymət faktoru ilə kifayətlənmək mümkün deyil. Artıq bir neçə yeni meyar da nəzərə alınmalıdır”, – deyə o bildirib.

O. Məmmədov qeyd edib ki, bu meyarlardan biri enerji səmərəliliyi və ekoloji dayanıqlılıqdır:

“Yeni tikilən binalar ekoloji cəhətdən təmiz materiallardan istifadə olunmaqla inşa edilməli, ətraf mühitə minimum təsir göstərməlidir. Eyni zamanda, bu mənzillər şəhərin planlı inkişafına uyğun şəkildə, yaşıllıqlara zərər yetirmədən genişlənməlidir”, – deyə KOBİA sədri vurğulayıb.

O əlavə edib ki, müasir şəhərsalmada “ağıllı” mənzillərin rolu da getdikcə artır:

“Smart texnologiyalarla təchiz olunmuş mənzillər təhlükəsizlik və idarəetmənin avtomatlaşdırılmasını təmin edir. Bu tip mənzillər enerji xərclərini azaldır, uzunmüddətli dövrdə sakinlər üçün daha rahat və qənaətcil yaşayış şəraiti yaradır”.

Əvvəlki Yazı

Çindən Azərbaycana gələnlərin sayı 70% artıb

Növbəti Yazı

Kiyevdə görkəmli şair Abbas Abdullanın 85 illiyinə həsr olunmuş tədbir keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.