İyun 18, 2025-22:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Kollektiv qəbirlər: Kiş-Doxun nekropolunun təhlili” mövzusunda elmi təqdimat olub

2025:04:07 - 14:13
in SOSİAL
A A

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “Elmi müzakirə qrupu” layihəsi çərçivəsində növbəti tədbir təşkil olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, layihə gənc tədqiqatçılar arasında elmi diskussiya mühitinin formalaşdırılması, təqdimat bacarıqlarının inkişaf etdirilməsi və elmi-tənqidi düşüncənin təşviq olunması məqsədi daşıyır. Tədbirdə institutun elmi işçisi, doktorant Nərmin Məmmədli “Kollektiv qəbirlər: Kiş-Doxun nekropolunun təhlili” mövzusunda məruzə edib. Məruzədə Şəkinin Kiş və Oxud kəndləri arasında yerləşən Kiş-Doxun nekropolunda aparılmış arxeoloji tədqiqatlar nəticəsində aşkar edilmiş kollektiv qəbirlər və ayin yerləri əsasında dəfn mərasimlərinin xüsusiyyətləri təqdim olunub.

Məruzədə qeyd edilib ki, nekropoldakı kollektiv dəfnlər yalnız toplu ölüm halları ilə bağlı deyil, həm də müəyyən dəfn ənənəsinin tərkib hissəsidir. İki qəbir nümunəsinin təhlili onların təkrar dəfnlərlə müşayiət olunduğunu ortaya qoyur. Aşkarlanmış üçqatlı kollektiv qəbir bəzi skif və sarmat dəfnləri ilə bənzər olsa da, öz kompleks strukturu ilə region üçün unikal nümunə hesab edilir. Nekropolda müəyyən olunmuş ayin yerləri dəfn mərasimlərinin yalnız fiziki dəfn aktından ibarət olmadığını, eyni zamanda, sosial və dini aspektlərə malik kompleks mərasimlər şəklində həyata keçirildiyini göstərir.

Tədbirdə Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Zaur Həsənov, institutun elmi katibi dosent Ellada Bəkirova və aparıcı elmi işçi Pərviz Qasımov iştirak ediblər. Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, mövzu üzrə suallar cavablandırılıb.

Qeyd edək ki, “Elmi müzakirə qrupu” layihəsi çərçivəsində növbəti tədbirlərin təşkili də nəzərdə tutulur.

 

Əvvəlki Yazı

Peskov: Rusiya və ABŞ arasında növbəti təmasların konkret tarixləri hələ müəyyən edilməyib

Növbəti Yazı

Vuçiç Rusiya səfiri ilə ikitərəfli münasibətləri və təhlükəsizlik məsələlərini müzakirə edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.