Kolumbiya prezidenti Qustavo Petro cümə günü İsrail ordusunun Qəzza zolağında xəstəxana yaxınlığında təcili yardım maşınlarına hücumunu növbəti hərbi cinayət adlandırıb.
Kolumbiya lideri X sosial şəbəkəsində (keçmiş Twitter) hücum xəbərini şərh edərək, “Yeni müharibə cinayəti” deyib.
Cümə günü əvvəl Vaşinqtonda Ağ Ev rəhbəri ilə görüşən Petro, “Mən [ABŞ] prezidenti Co Baydenə dedim ki, qırğınlar davam edərsə və beynəlxalq hüquq məhv olarsa, bəşəriyyət yalnız barbarlıq və demokratiyanın məhvi ilə qalacaq”. (Tass)