Kolumbiya prezidenti Qustavo Petro respublikanın İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəldiyini bildirib. Çilinin rəhbəri Qabriel Boriç də bunu açıqlayıb. Twitter (X) sosial şəbəkəsində siyasətçilər bu qərarı Təl-Əvivin Qəzza zolağındakı hərəkətlərinin yolverilməzliyi ilə izah ediblər.
İsraildəki səfirimizi məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəldim. Əgər İsrail Fələstin xalqının qətliamını dayandırmasa, biz orada ola bilmərik ”, – deyə Petro yazıb.
Boriç aydınlaşdırıb ki, o, diplomatı “İsrailin Qəzza zolağında törətdiyi beynəlxalq humanitar hüququn qəbuledilməz pozuntuları ilə əlaqədar” geri çağırıb. Çili Xarici İşlər Nazirliyi əlavə edib ki, ölkə Qəzzada baş verənlərə “böyük narahatlıqla” baxır. (Nevs.ru)