Qarabağ müharibəsi şəhidləri ailələrinin və qazilərinin mənzil məsələsi bir ilə həll olunacaq.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Çernobıl qəzasının ləğvində iştirak edən və zərər çəkən vətəndaşların bir qismi artıq mənzillərlə təmin olunub:
“Bundan sonrakı dövrdə də onların mənzil təminatının yaxşılaşdırılması istiqamətində işlər sürətlə davam edəcək. Çünki indiyədək həm məcburi köçkünlərin mənzil təminatına ciddi ehtiyac var idi. Dövlətin də əsas prioritet istiqamətlərindən biri onların yerləşdirilməsi və məskunlaşdırılması idi”.
M.Quliyev bildirib ki, Qarabağ müharibəsi şəhidləri ailələrinin və qazilərinin mənzil məsələsi də yaxın bir ilə öz həllini tapacaq.