Avqust 26, 2025-3:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Kommersiya məhkəmələrinin hakimləri üçün “Maliyyə və bankçılıq” mövzusunda təlimlərə başlanılıb

2024:10:22 - 14:20
in İQTİSADİYYAT
A A

Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin kommersiya məhkəmələrinin hakimləri üçün “Maliyyə və bankçılıq” mövzusunda təlimlərə başlanılıb.Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimin açılış mərasimində çıxış edən Kommersiya kollegiyasının sədri Kəmalə Abiyeva bildirib ki, dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası qaydasında kommersiya məhkəmələri yaradılarkən əsas məqsəd sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasının təmin edilməsindən ibarət olub. Qeyd edilib ki, kommersiya məhkəmələrində ixtisaslaşmanın dərinləşməsi kommersiya mübahisələrinin daha sürətli həllinə təsir göstərən mühüm amildir.Bildirilib ki, məhkəmələrdə bilavasitə bankların iştirak etdiyi, eləcə də iki sahibkarlıq subyekti arasında banklar vasitəsilə qurulan münasibətlərdən yaranan mübahisələrə daha çox rast gəlinir. Kommersiya mübahisələrində ixtisaslı yanaşma onu tələb edir ki, mübahisəli münasibətə təkcə hüquqi deyil, həm də iqtisadi aspektlərdən yanaşılsın. Bu təlim müvafiq kateqoriyadan olan mübahisələrə belə yanaşmanın təmin edilməsinə öz töhfəsini verəcək.Azərbaycan Hakimlər İttifaqının sədr müavini Ələddin Cəfərov çıxışında Azərbaycan Banklar Assosiasiyası ilə imzalanmış anlaşma memorandumunun əhəmiyyətinə toxunaraq qeyd edib ki, təlimlər zamanı hakimlərə müvafiq qanunvericilik, Azərbaycanın iqtisadi və maliyyə sistemi, bank məhsulları və xidmətləri, valyuta rejimi, ödəniş sistemləri, banklarda və bank olmayan kredit təşkilatlarında kreditlərin verilməsi, lizinq əməliyyatları, mübahisələrin həlli yolları və digər əhəmiyyətli mövzular təqdim ediləcək.Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov isə təmsil etdiyi təşkilatın fəaliyyəti, məqsədi barədə ətraflı məlumat verib. Qeyd edilib ki, anlaşma memorandumunun məqsədlərindən biri də ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatında olan bank mübahisələrinin həllində peşəkar fəaliyyətin artırılmasına töhfə vermək, mülki və kommersiya mübahisələri üzrə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmə təcrübəsində qarşıya çıxan məsələlərin müzakirəsindən ibarətdir. Əməkdaşlıq çərçivəsində bu təlimin də hakimlərin ixtisaslaşmasına müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.Qeyd edək ki, Azərbaycan Hakimlər İttifaqı ilə Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış əməkdaşlıq haqqında anlaşma memorandumu çərçivəsində təşkil olunan təlimin oktyabrın 21-dən 25-dək və noyabrın 25-dən 30-dək keçirilməsi nəzərdə tutulur.

Əvvəlki Yazı

Azərbaycanda minatəmizləyənlərə güzəştli ipoteka kreditlərinin verilməsi təklif olunur

Növbəti Yazı

Sadiq Qurbanov: “500 sahibkar nazirliyə yaşıllıqlarla bağlı müraciət edib”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.