Konqo Demokratik Respublikasında (KDR) Müttəfiq Demokratik Qüvvələrin (ADF) silahlıları tərəfindən azı 23 nəfər öldürülüb. Bu barədə Konqonun Politico xəbər portalı məlumat yayıb.
O qeyd edir ki, silahlılar Şimali Kivu əyalətinin Oiça kəndinə hücum ediblər. Ölənlərlə yanaşı, yaralılar da var. Bir qrup sakin girov götürülüb.
ADF 1995-ci ildə Uqandanın qərbindəki müsəlman təriqətindən ölkə hökumətinə müxalif islamçı qrup kimi yaradılıb. 2003-cü ildə Uqanda silahlı qüvvələrinin hücumları altında ADF qoşunları geri çəkilərək DRC-nin şərq bölgələrinə sığınıblar. (Tass)