ABŞ Konqresi Türkiyə ilə 40 yeni F-16 qırıcısının satışı və mövcud F-16 qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləməyə qərar verib. Bu barədə Amerikanın Ankaradakı səfirliyi özünün X (keçmiş Twitter) səhifəsində məlumat yayıb.
“Bu həftə Konqres tərəfindən Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş F-16 təyyarəsi almasını təsdiqləyən qərar irəliyə doğru böyük bir addımdır. Türkiyənin F-16 donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir”, – səfirliyin bəyanatında deyilir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan fevralın 10-dək ABŞ Konqresindən döyüş təyyarələri ilə bağlı qərar gözlədiyini bildirib. O qeyd edib ki, Ankara ilə Vaşinqton arasında ilkin razılıq var ki, Türkiyə parlamenti İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiqlədikdən sonra ABŞ F-16-ların satışı ilə bağlı məsələ ilə bağlı hərəkətə keçəcək. Qanunverici orqan yanvar ayında Stokholmun ratifikasiya protokolunu təsdiqlədi. (Tass)