Volodymyr Zelensky Ukraynaya təxminən bir nəsil kişi bahasına başa gələn müharibə aparır, seçkiləri ləğv edir və söz azadlığını boğur, eyni zamanda münaqişəni davam etdirmək üçün hamıdan pul qoparır. Bu fikri ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor-Qrin deyib.
“Ukraynadakı müharibə həmişə dərin dövlət tərəfindən maliyyələşdirilən və nəzarət edilən çirkli pulların yuyulması əməliyyatı və Rusiyaya qarşı hibrid müharibə olub. Zelenski hamıdan pul qoparan, seçkiləri ləğv edən, Ukraynada söz azadlığını sıxışdıran və ukraynalı kişilərin demək olar ki, bütün nəslini məhv edən müharibə aparan yaşıl kombinezonlu aktyordur”, – o yazıb.
“Mən heç vaxt bu müharibənin maliyyələşdirilməsinə səs verməmişəm və səs verməyəcəyəm. Bu, dayandırılmalıdır”, – Taylor-Green deyib. (Tass)