Doha sammitində Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinin liderləri Qəzza zolağının bərpası üçün əlavə 1,6 milyard dollar ayırmağı vəd ediblər.
Bu barədə təşkilatın katibliyinin saytında dərc olunmuş məlumatda deyilir.
Orada bildirilir ki, sammit iştirakçıları 2009-cu ildə yaradılmış Qəzza zolağının yenidən qurulması proqramı çərçivəsində “əlavə 1,646 milyard dollar ayırmağı öhdələrinə götürüblər”. (Tass)