Slovakiyanın şərqindəki Koşitse və Poprad şəhərlərindəki hava limanları onların binalarına bomba qoyulması ilə bağlı anonim məlumatlara görə fəaliyyətini dayandırıb. Bu barədə TASR xəbər agentliyi məlumat yayıb.
Şəxsi heyət, sərnişinlər, vətəndaşları qarşılayan və yola salan hava limanı binalarını tərk etdi. İstehkamçılar binalarda partlayıcı qurğuların olub olmadığını yoxlayırlar.
Agentliyin məlumatına görə, Slovakiyanın digər hava limanlarında da təhlükəsizlik tədbirləri gücləndirilib.