Götürülmüş kreditin müvafiq təyinat üzrə sərf olunmaması ilə bağlı cinayət məcəlləsində maddə var. Əgər şəxs bankdan götürdüyü kredit pulu banka bildirdiyi yerə sərf etməyibsə, cinayət təqibinə məruz qala bilərsiniz. Bunun nəticəsində təbii ki, azadlıqdan məhrum edilmə mümkündür. Əgər kredit pul təyinatı üzrə sərf olunubsa və aylar üzrə ödəniş normal şəkildə ödənilibsə və sonlarda maddi çətinlik səbəbiylə ödənməsi mümkün olmayıbsa, bank pulunun geri qaytarılması üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə bu barədə qətnamə hazırlayır və işi icraata göndərir. İcra məmuru tərəfindən həmin pulun ödənilməsi istiqamətində müəyyən icra tədbirləri həyata keçirilir. Şəxsi icra məmurının qanuni tələblərinə riayət etməzsə, inzibati, həmçinin cinayət məsuliyyəti gözləyir.
Hüquqşünas Yusif Seyfəlov