Kremlə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasından Rusiya prezidenti Vladimir Putinlə əlaqə yaratmaq üçün müraciətlər hələ də daxil olmayıb.
Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib və Trampın yanvarın 20-də baş tutacaq andiçmə mərasimini gözləməyin məqsədəuyğun olacağını bildirib.
“Xeyr, heç bir xahiş yox idi, digər tərəfdən, məlum səbəblərə görə, Tramp vəzifəyə gələnə qədər gözləmək daha məqsədəuyğun olardı”, – Kremlin sözçüsü jurnalistlərə bildirib. (Tass)