Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqına (Aİ) qoşulmağı Ermənistanın suveren hüququ adlandırıb, lakin Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakın ölkə üçün faydalı olduğuna əminliyini bildirib. Bu barədə Kreml nümayəndəsi brifinqdə TASS-ın sualını cavablandırarkən bildirib.
“Əlbəttə ki, [Avro-assosiasiya layihəsi] suveren hüquqdur, biz əminik ki, Aİİ-yə üzvlük Ermənistan üçün faydalıdır”, – deyə Peskov bildirib.