Kreml Bakıda saxlanılan rusiyalı jurnalistlərin tezliklə azad ediləcəyinə ümid edir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Biz, əlbəttə ki, jurnalistlərimizin saxlanılması ilə bağlı məlumatlara çox diqqətlə yanaşırıq. Ümid edirik ki, çox yaxın gələcəkdə Azərbaycan tərəfi ilə birbaşa təmaslar vasitəsilə onların azadlığa buraxılmasını təmin edə biləcəyik”. (Tass)