Rusiya prezidenti Vladimir Putin, ABŞ lideri Donald Tramp və Vladimir Zelenski arasında Minskdə görüş keçirmə ehtimalı hələ müzakirə edilməyib, lakin Moskva üçün Belarusun paytaxtı danışıqlar üçün ən yaxşı yer olardı. Bu mövqeyi jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov səsləndirib.
Kreml sözçüsü danışıqların Minskdə keçirilməsi variantının mümkün olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib: “Bu, qaldırılmayıb və heç bir şəkildə müzakirə olunmayıb. Amma təbii ki, bizim üçün Minsk ən yaxşı yerdir. Bu, bizim əsas müttəfiqimizdir. Ona görə də bizim üçün bu, danışıqlar üçün ən yaxşı yerdir”. (Tass)