Rusiya nüvə doktrinasının yenilənməsi Rusiya Federasiyasının dost olmayan ölkələri üçün qəti siqnal hesab edilməlidir. Bunu sentyabrın 26-da Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov “İzvestiya”nın sualını cavablandırarkən deyib.
“Bu doktrina müəyyən siqnal hesab edilməlidir” o, brifinqdə vurğulayıb.
O, həmçinin bildirib ki, nüvə doktrinasında dəyişiklik ölkələrə Rusiyaya hücumda iştirak edəcəkləri təqdirdə bunun nəticələri barədə xəbərdarlıq edir. Eyni zamanda Peskov aydınlaşdırıb ki, bu, təkcə nüvə silahlarına aid deyil. (İzvestia)