Kreml ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın sözlərindən sonra Panama kanalına nəzarətlə bağlı müzakirələri diqqətlə izləyir. Lakin ümumilikdə Moskva bunu Vaşinqton və Panama arasında ikitərəfli münasibətlər məsələsi hesab edir, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə izahat verib.
Bundan əvvəl Tramp bildirmişdi ki, ABŞ Panama kanalından istifadə üçün mövcud şərtlərə yenidən baxılmayacağı təqdirdə ona nəzarətin qaytarılmasını tələb edə bilər.
“Biz Panama hökumətinin və Panama nümayəndələrinin bəyanatlarını eşitmişik ki, orada ən azı seçilmiş prezidentin (ABŞ) bu mövqeyi ilə bağlı anlaşılmazlıq yaranıb, lakin bu, onların ikitərəfli münasibətləri məsələsidir Biz bu cür bəyanat mübadiləsini çox diqqətlə izləyirik”, – deyə Peskov jurnalistlərin Trampın bəyanatını şərh edərkən bildirib.