Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi telefonla Dağlıq Qarabağ ətrafındakı vəziyyət və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı fikir mübadiləsi aparıblar, bu barədə Kremilin mətbuat xidməti xəbər verir.
“Dağlıq Qarabağ ətrafındakı vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi ətrafında ətraflı fikir mübadiləsi aparılıb”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Putin Rəisiyə Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, o cümlədən mülki şəxslərə humanitar yardımın göstərilməsi, Dağlıq Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin müdafiəsi barədə məlumat verib.
İki ölkə prezidentləri “3+3” məsləhətçi regional platformasının (Ermənistan, Azərbaycan, Gürcüstan üstəgəl Rusiya, İran və Türkiyə) işinin fəallaşdırılmasında maraqlı olduqlarını bildiriblər”, – deyə məlumatda bildirilir.
Eyni zamanda Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığında Tehranın BRİKS-ə tam qoşulmasını müzakirə edib. (Tass)