Kremlin Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşmasına dair mümkün danışıqları barədə məlumat verəcəyi bir şey yoxdur. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Daha əvvəl “Al Watan” qəzetinin hökumət mənbəsi belə bir görüş barədə məlumat verərək, Dəməşqin Moskva və Bağdaddan da danışıqlar masasında iştirakını xahiş etdiyini qeyd edib.
Kremlin sözçüsü “Hələ bu barədə sizə deyəcək heç nəyimiz yoxdur” deyib.
Suriya iyun ayında Dəməşqin Suriya ərazisi üzərindəki suverenliyinə etiraz etmədiyi müddətcə Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüslərə açıq olduğunu bildirib. Ankara öz növbəsində Suriyanın daxili işlərinə qarışmaq niyyətində olmadığını vurğulayıb. (Tass)