Latviya prezidenti Edqars Rinkeviç Rusiya müxalifətinin lideri Aleksey Navalnının vəfatı ilə bağlı Twitter (X) səhifəsində başsağlığı verib. O, baş verənlərə görə Rusiya rəhbərliyini günahlandırıb.
Bir siyasətçi kimi Aleksey Navalnı haqqında nə düşünürsünüzsə, o, sadəcə Kreml tərəfindən vəhşicəsinə öldürülüb. Bu bir faktdır və indiki Rusiya rejiminin əsl mahiyyəti haqqında bilmək lazım olan budur. Ailəsinə və yaxınlarına başsağlığı verirəm ”, o yazıb.
Yamalo-Nenets Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidmətin mətbuat xidməti xəbər verir ki, Aleksey Navalnı “Qütb canavarı” 3 saylı islah koloniyasında dünyasını dəyişib. İdarədən verilən məlumata görə, gəzintidən sonra məhkum müxalifətçi özünü pis hiss edib və demək olar ki, dərhal huşunu itirib.