ABŞ prezidenti Donald Tramp bir gün əvvəl Rusiya lideri Vladimir Putinlə söhbətində Kiyevin Rusiyadakı hədəflərə qarşı terror aktları hazırlamaq planlarından xəbərsiz olduğunu vurğulayıb. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, Kreml bu cür hərəkətlərlə bağlı Amerika prezidentinin qınama sözlərini eşitməyə üstünlük verir.
“Dünən baş tutan telefon danışığı zamanı ABŞ prezidenti əslində Kiyev rejiminin bu terror aktını hazırlaması barədə heç bir məlumatı olmadığını bildirib”, – Kremlin sözçüsü Trampın Kiyevin Rusiya aerodromlarına zərbələr endirmək planlarından xəbəri olmadığı barədə sözlərini xatırladıb.
“Ümumilikdə beynəlxalq qiymətləndirmədən danışsaq, əlbəttə ki, ən azı bu terror aktının kəskin pislənməsini eşitməyə üstünlük verərdik”, – Peskov yekunlaşdırıb. (Tass)