Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Kreml ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə bağlı sərt bəyanatlarını sakit qəbul edir.
“Biz bu məsələdə kifayət qədər sakitik. Birincisi, Trampın işlətdiyi ifadələrdə ümumiyyətlə kifayət qədər sərt üslubu var”, – Peskov Kremlin Trampın Putinlə bağlı sərt bəyanatlarını və ritorikasının sərtləşməsini necə qəbul etdiyi ilə bağlı sualı cavablandırarkən deyib. (Tass)