Kreml Vladimir Zelenskinin danışıqlar masası arxasına əyləşməyə hazırlığını müsbət qiymətləndirir, lakin onun Moskva ilə danışıqlara qadağa qoymasında bir nüans var. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Kremlin sözçüsü məsələ ilə bağlı sualı cavablandırarkən “müsbət” deyib. “Məsələ kiminlə oturmaqdır. Hələlik Ukrayna prezidentinin Rusiya tərəfi ilə danışıqlar aparmasına qanuni qadağa qüvvədə qalır. Ona görə də ümumi yanaşma müsbətdir, lakin nüanslar hələ dəyişməyib”, – Peskov qeyd edib.