Avqust 7, 2025-7:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə əlaqədar komissiya yaradılıb

2025:07:21 - 10:18
in SOSİAL
A A

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin Fərmanları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarından irəli gələn vəzifələrin icrası məqsədilə kompleks tədbirlər davam etdirilir. Müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq, dövlət qurumları tərəfindən kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi qaydalara riayət olunması vəziyyətinin yoxlanılmasının sistemli, vaxtında və fasiləsiz təşkili üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) aidiyyəti əməkdaşlarından ibarət birgə komissiya yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə DTX və XRİTDX-nin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, Komissiyanın aşkarlayacağı çatışmazlıqların doğura biləcəyi dövlət və ictimai təhlükəsizlik təhdidləri nəzərə alınaraq, onların aradan qaldırılması üçün kritik informasiya infrastrukturu subyektlərinin görəcəyi tədbirlərin qiymətləndirilməsi aparılacaq.

Komissiya, həmçinin görülmüş işlərin nəticələri ilə bağlı dövri hesabat və məlumatlar hazırlayacaq, kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin pozulmasına səbəb ola bilən hallar müəyyən edildikdə, təxirəsalınmaz tədbirlərin görülməsi barədə məsələ qaldırılacaq.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2021-ci il tarixli 1315 nömrəli Fərmanına əsasən, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, o cümlədən kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqanın funksiyalarını DTX, dövlət orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlətə məxsus olan hüquqi şəxslərə münasibətdə isə DTX həmin funksiyaları XRİTDX ilə birgə həyata keçirir.

Əvvəlki Yazı

Boztəpə suvarma kanalında yenidənqurma işləri başa çatıb

Növbəti Yazı

Leyla Əliyeva Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etdi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.