Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq niyyəti ilə bağlı heç bir bəyanat və ya sənəd daxil olmayıb. Bunu brifinqdə KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov deyib.
“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması ilə bağlı heç bir açıqlama verilməyib. Bununla bağlı heç bir sənəd alınmayıb. Mən şəxsən bunu görməmişəm”. (Tass)