Mərkəzi Asiya regionunda terrorizmin yayılması təhlükəsi qalmaqdadır, lakin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) nəzarəti saxlamağa nail olur. Bunu Moskvada MDB ölkələrinin təhlükəsizlik şuraları katiblərinin görüşündə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.
“Mərkəzi Asiya regionunda terror fəaliyyətinin, qeyri-qanuni miqrasiyanın və silah və narkotiklərin qeyri-qanuni dövriyyəsinin yayılması təhlükəsi qalmaqdadır. ” deyib.
Baş katibin sözlərinə görə, təşkilat Əfqanıstan qovşağı ilə bağlı çağırış və təhdidlərin monitorinqini davam etdirir, KTMT Xarici İşlər Nazirləri Şurası yanında Əfqanıstan üzrə işçi qrupunun imkanlarından istifadə etməklə onlara qarşı mübarizə səylərini əlaqələndirir. (Tass)