KTMT Parlament Assambleyasının Telegram kanalının məlumatına görə, Pekində KTMT və ŞƏT-in baş katibləri İmanqali Tasmaqambetov və Çanq Minq, eləcə də MDB baş katibinin müavini İlhom Nemətov Pekində terrorizm və transsərhəd cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı müzakirə ediblər.
“Görüş zamanı terrorizm və ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi, transsərhəd cinayətkarlıqla mübarizə sahəsində praktiki qarşılıqlı fəaliyyətə, o cümlədən üç təşkilatın informasiya və proqnozlaşdırma strukturları arasında daha fəal qarşılıqlı fəaliyyətin inkişafına xüsusi diqqət yetirilib”. bəyanatda deyilir.
Qeyd olunur ki, nümayəndə heyətlərinin rəhbərləri tərəfdaşlıq münasibətlərini davam etdirmək və dərinləşdirmək niyyətlərini təsdiqləyiblər. (Tass)