Kuba prezidenti Migel Diaz-Kanel nüvə silahına malik olan bütün ölkələri, o cümlədən İsraili “tam sülhün təmin edilməsi” üçün onları məhv etməyə çağırıb.
Diaz-Kanel X-də yazır: “Tam sülh yalnız o zaman təmin olunacaq ki, nüvə silahına malik olan bütün ölkələr, o cümlədən İsrail onları məhv etsin və bəşəriyyəti məhv etmək təhlükəsi yaradan çılğın silahlanma yarışı dayandırılsın”. (Tass)