Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa Sülh Fondundan Ukraynaya vəsaitin ayrılmasının qarşısının alınması ilə bağlı vəziyyəti biabırçılıq hesab edir.
“Etiraf etməliyəm ki, Avropa Sülh Fondu ilə baş verənlər utancvericidir” dedi o, Latviya, Litva, Estoniya və Fransanın xarici işlər nazirləri ilə birgə mətbuat konfransı zamanı.
Kuleba, həmçinin Avropanın müdafiə sənayesi strategiyasının bu yaxınlarda qəbul edilməsini alqışladı, lakin istehza ilə dedi ki, Kiyev “bir ildir ki, hər küncdə silah istehsalının ümumAvropa səviyyəsində artırılması barədə qışqırır”.
Nazir Qərb tərəfdaşlarını Ukraynaya “damla-damla” yardım göndərmək strategiyasının artıq işləmədiyini “acı və ayıqlıqla” qəbul etməyə çağırıb. Onun fikrincə, Qərb bu strategiyanı davam etdirsə, bunun “sonu pis olacaq”. “Lazım olan, bütün növ silah və mərmilərin qeyri-məhdud və vaxtında çatdırılmasıdır”, – Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.
(Tass)