Avqust 12, 2025-3:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Kür çayında sintetik torlardan qanunsuz istifadə aşkarlanıb, 300 metrdən artıq tor zərərsizləşdirilib

2025:08:01 - 14:02
in GÜNDƏM
A A

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti Kür çayının Şirvan şəhəri və Sabirabad rayonu ərazisindən keçən hissəsində növbəti reyd keçirib.

“Report” ADSEA-ya istinadən xəbər verir ki, reyd zamanı mülki dövriyyəsi qanunla qadağan olunmuş sintetik torlardan və digər balıq ovu vasitələrindən istifadə halları aşkarlanıb. Eyni zamanda, su obyektlərinin çirkləndirilməsi faktlarına da rast gəlinib.

Nəticədə müxtəlif ölçülərdə və ümumi uzunluğu 300 metrdən artıq olan sintetik torlar, eləcə də çoxlu sayda vintil (balıq tutma vasitəsi) su hövzəsindən çıxarılıb və qanunvericiliyə uyğun olaraq zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülüb.

Agentliyin məlumatında qeyd edilir ki, mövcud qanunvericiliyə əsasən, su obyektlərinə istehsalat, təsərrüfat və məişət tullantılarının axıdılması, eləcə də suyun çirklənməsinə səbəb olan digər fəaliyyətlər qadağandır.

“Təəssüf ki, sintetik torların istifadəsi qanunla qadağan edilməsinə baxmayaraq, bəzi şəxslər bu vasitələrdən istifadə etməyə davam edirlər. Bu, su obyektlərinin çirklənməsinə, təbii axım rejiminin pozulmasına və bioloji müxtəlifliyin azalmasına səbəb olur”, – deyə məlumatda bildirilir.

Bundan əlavə, sintetik torlardan istifadənin balıq ehtiyatlarının kütləvi məhvinə və uzunmüddətli ekoloji zərərlərə yol açdığı, suyun axımının dəyişməsi ilə durğun zonaların və çöküntülərin yaranmasına, dib faunasının məhvinə səbəb olduğu qeyd olunub. Torların suvarma sistemlərində boruları və kanalları tıxaması isə hidrotexniki qurğuların fəaliyyətinə mənfi təsir göstərir.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti bu kimi halların qarşısının alınması məqsədilə mütəmadi nəzarət tədbirlərinin davam etdiriləcəyini bəyan edib və vətəndaşlara çağırış edərək, su obyektlərinin çirkləndirilməsi halları ilə rastlaşdıqda qurumun sosial media hesabları vasitəsilə məlumat vermələrini xahiş edib.

Əvvəlki Yazı

Xalq artisti Arif Babayevlə vida mərasimi keçirilib

Növbəti Yazı

Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaralanmış mülki şəxslər ifadə verdilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.