İyun 15, 2025-2:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Kürdəmir rayon prokurorluğunda “Açıq qapı” günü keçirilib

2025:06:13 - 14:09
in SİYASƏT
A A

İyunun 13-də Kürdəmir rayon prokurorluğunda “Açıq qapı” günü keçirilib. Tədbirdə media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəallar iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin məqsədi vətəndaşların prokurorluq orqanlarının fəaliyyəti ilə daha yaxından tanış olması, hüquqi maarifləndirmənin artırılması və şəffaflığın təşviqi olub.

Tədbirin açılışında çıxış edən Kürdəmir rayon prokuroru Tural İbrahimov prokurorluğun fəaliyyəti və islahatlar barədə iştirakçılara məlumat verib. Tural İbrahimov bu cür tədbirlərin hüquqi biliklərin artırılmasında mühüm rol oynadığını bildirib və şəffaflıqla yanaşı, vətəndaş hüquqlarının müdafiəsinin də prokurorluğun əsas prioritetlərindən olduğunu vurğulayıb. O, rayon prokurorluğunun gündəlik işi, səlahiyyətləri və vətəndaşlarla ünsiyyət prinsipləri barədə məlumat verib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq sistemində aparılan islahatlardan danışaraq, bu dəyişikliklərin şəffaflığı artırmaq, hüquqi təminatları gücləndirmək və vətəndaş məmnunluğunu təmin etmək məqsədi daşıdığını qeyd edib. O, həmçinin ictimaiyyətlə əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərə toxunub.

Tədbir çərçivəsində digər prokurorluq əməkdaşları da çıxış edərək, öz sahələri üzrə təcrübə və biliklərini iştirakçılarla bölüşüblər. Qonaqlar prokurorluğun iş prosesi, hüquqi prosedurlar və vətəndaş müraciətlərinə baxılması qaydaları ilə bağlı məlumatlandırılıblar.

Daha sonra iştirakçılara prokurorluq əməkdaşlarının gündəlik fəaliyyətindən bəhs edən “Valideynimin peşəsi” adlı qısa metrajlı film nümayiş etdirilib.

Tədbirin interaktiv hissəsində iştirakçılar hüquqi suallar ünvanlayıb və ətraflı cavablar alıblar. Sonra prokurorluğun yeni inzibati binası ilə tanışlıq turu təşkil olunub. Qonaqlara əməkdaşlar üçün yaradılmış müasir iş şəraiti, “Elektron prokurorluq” sistemi, kriminalistik avtomobil və texniki avadanlıqlar təqdim edilib. Eyni zamanda, istintaq proseslərində müasir texnologiyaların tətbiqi barədə ətraflı məlumat verilib.

Əvvəlki Yazı

Günay Əfəndiyeva: Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təhsil sahəsində ortaq dil və dəyərlərlə hərəkət etməlidir

Növbəti Yazı

Qazaxda tədbir: “Milli Qurtuluş Günü Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan bir gündür!

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.